Yuxarı

Müğənnidən möhtəşəm addım: Təhsil haqqını mən verəcəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Bu barədə Kult.az-a ADU-dan məlumat verilib.

Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəbul olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlərə görə təhsil hüququndan məhrum edilməsindən danışıb.

Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib:

“Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi biletimi götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.

O.Bağızadə attestatı olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.

O.Bağızadə ali təhsil almağa uşaqlıqdan həvəsi olduğunu və heç vaxt hazırlıq kurslarına getmədiyini, ev şəraitində hazırlaşdığını deyib. O, hətta işləməyinə baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub.

Gənc müğənni Mehin Hümbətova da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib. O, Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərinə götürmək istədiyini deyib:

“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.

ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı isə Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd ayrıldığını, hər ay pulsuz yemək talonları veriləcəyini və əlavə maddi yardım ediləcəyini bildirib.

Xatırladaq ki, O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir.

Tarix
2019.08.20 / 14:43
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla