Yuxarı

“Relaks” olayı: kim bundan faydalanmağa çalışdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergidən və doğrudanyayınma... Relaksmı?

“Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. ...Faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişdir. İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb”, - Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda belə yazılır.

Həmin məlumatda başqa nə yazılır? – Ərz eləyim qulluğunuza, tanış olun:

“...Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətinin həyata keçirilməsinə maneələr törədilmişdir. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də, Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək, onlara müxtəlif dərəcəli xəsarətlər yetirmiş, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi isti­fa­dəsində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.”

Bəli, rəsmi açıqlamadan bəlli olur ki, “Relaks” mövcud (faktiki) imkanından çox-çox az (azdan da az) vergi ödəyir. Bu, yolverilməzdir! – Necə ki yol verilmədi!

Azərbaycan Prezidenti sahibkarların vaxtında vergi ödəməsinin zəruri olduğunu şəxsən (və uzaq olmayan tarixlərdə dəfələrlə!) diqqətə çatdırıb. Verginin tam və vaxtında ödənilməsi dövlətin maliyyə imkanlarını gücləndirir, müxtəlif sosial, iqtisadi, humanitar (və digər) sahələrdə önəmli tədbirlərin həyata keçirilməsinə münbit ortam yaradır. – Bunu qanunverici orqanın üzvünün (də) maaşını alan ( -Aqil Abbas demiş) İqbal Məmmədov bilmirdi, eləmi? – Əlbəttə, bilirdi və bilə-bilə də belə bir yolsuzluğa yol verirmiş. – Bilmirəm, qurd ürəyimi yeyib, ya başqa bir hikmət(sizlik)mi var bu işdə?..

“Relaks” az vergi ödəyən tək şirkətdirmi? – təəssüf ki yox; amma Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi də yalnız “Relaks”la məhdudlaşmır və bu, təqdirəlayiq davranış davamlıdır, kəsərlidir, təsiredicidir.

“Relaks” olayının təəssüf ki, tək hadisə olmadığını vurğuladıq, lakin bu faktın bütün ölkəyə şamil edilməsinin düzgün olmadığını da vurğulamadan keçməyək.

Bir sözlə, cılxa faktın özündən də göründüyü kimi, belə hallar müəyyənləşincə, dövlət baba onun üzərinə gedir və qanuni tələblərin təmin olunması üçün öz iradəsini ortaya qoyur. Necə deyərlər, “Yanlış hesab Bağdaddan (bizim örnəkdə Bakıdan) dönər”!

Və... Əli Kərimli (və ətrafı) gələnəkli şəkildə “Relaks”da baş vermiş insidenti də, hakimiyyətə qarşı siyasi etiraz tutalğacına çevirməyə, bundan yararlanmağa çalışır. Eviniz tikilsin, deynən, sizin, eviniz... Hardasa bir olay olmasa, bəs neynəyəcəksiniz? Bəs o olay sıfırlanınca nə deyəcəksiniz? Sizinki siyasi partiya lideri tövrü deyil, e… bəlkə bir ortabab araşdırmaçı jurnalist tövrü belə deyil... Çün jurnalist hansısa çatışmazlığı, nöqsanı ha­kimiyyətə təzyiq aktına çevirməkçün, hakimiyyətə gəlmə “şans”ına dönüşdürməkçün araşdırıb yazmır; yazır ki, ictimai fikir düzgün qidalansın, yazır ki, nöqsan aradan qalxsın, yazır ki, dövlət babaya kömək olsun…

Qeyri-konstruktiv qüvvələrin bu məsələnin mahiyyətini təhrif edərək, növbəti dəfə ictimai rəyi çaşdırmaq cəhdləri elə “Relaks” yönəticilərinin vergidən yayınması kimi bir olanaq (daha doğrusu, olanaqsızlıq) olsa gərək... Nə fərqi? – biri vergidən yayınır, biri konstruktivlikdən və belə olunca, hər ikisi dövlətçilik şüurunu eyni dərəcədə ( -ha xeyli az, ha xeyli çox...) zədələmiş olmurmu?

Özlərinin partiyasında baş vermişlərlə, özlərinin vaxtı ilə hakimiyyətdə yüksək vəzifə tutduğu dövrlərlə qiyaslama aparıb da, bir doğru-dürüst sonuca varsaydılar barı... Ölkənin hüdudları içində və dışında, siyasi yaxud qeyri-siyasi müstəvidə baş vermiş bütün olayları eyni güclə indiki iqtidarın adına calamaq... – bu, nə ühulət(sizlik) və sühulətsizlikdir?..

Tarix
2019.08.21 / 14:12
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla