Yuxarı

Sərdar Cəlaloğlu rüsvayçı iddiasından danışdı: Üsyan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərdar Cəlaloğlu rüsvayçı iddiasından danışdı: Üsyan...

Mən demişəm, BMT Nizamnaməsinin 26-cı maddəsində qeyd olunur ki, vətəndaşların öz istedad və qabiliyyətlərini inkişaf etdirməsinə imkan verməyən hakimiyyətlərə tabe olmamaq hüququ var. Bu da beynəlxalq hüquqda, obrazlı olaraq, “üsyan hüququ” kimi adlandırılır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ötən gün “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı BMT Nizamnaməsində insanların üsyan etmək hüququnun olduğu haqda söylədiklərinə aydınlıq gətirərkən deyib. O, BMT Nizamnaməsinin 26-cı maddəsində səsləndirdiyi fikirlərin əksini tapmaması ilə bağlı sübuta belə cavab verib:

“Həmin maddəni dəqiqləşdirərəm. Amma özünüz də baxsanız, görərsiniz ki, vətəndaşların öz istedad və qabiliyyətlərini inkişaf etdirməsinə imkan verməyən hakimiyyətlərə tabe olmamaq hüququ olmalıdır. Mən o Nizamnaməyə bir də baxım, dəqiqləşdirim, az sonra deyərəm”.

S.Cəlaloğlu “az sonra” etdiyimiz zənglərin heç birinə cavab vermədi.

Qeyd edək ki, ötən gün Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada S.Cəlaloğlu BMT Nizamnaməsinin 26-cı maddəsindən sitat gətirərək, vətəndaşların “üsyan hüququ”nun olduğunu dilə gətirmişdi. Ancaq Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı bu gün mediaya açıqlamasında BMT Nizamnaməsinin 26-cı maddəsi ümumiyyətlə ayrı mövzunu əhatə etdiyini, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində isə yalnız təhsil hüququna toxunulduğunu ortaya qoyub və Sərdar Cəlaloğlunun “istinad” etdiyi mənbələrdə tamamilə fərqli məsələlərin əksini tapdığını bildirib.

Tarix
2019.09.12 / 17:30
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla