Yuxarı

Abbas Abbasovun şok planı əlimizdə - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas Abbasovun şok planı əlimizdə - Özəl

"Azərros"un Moskvanın Krasnaya Presnya küçəsi 24 ünvanında yerləşən ofisinə Söyün Sadıqov və tərəfdarları buraxılmır. Ofis tam olaraq Abbas Abbasovun nəzarətindədir.

Bu barədə Axar.az-a "Azərros"dakı mənbədən məlumat daxil olub.

Xatırladaq ki, ötən şənbə Moskvada baş tutan, sayca VI olan qurultayda Rusiyanın 34 regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın nümayəndəsi kimi iştirak edib (APA). Qurultayda Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbərləri də qatılıb. İştirakçılar bir sıra məsələləri müzakirəyə çıxarıblar.

Keçmiş prezident Asif Məhərrəmovun istefası təsdiqlənib. Qurumun yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar Şurası ləğv edilib. Qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb və onun işində 2015-ci il martın 6-na kimi fasilə elan olunub.

Ağsaqqallar Şurasının ləğv edilməsi isə əslində o deməkdir ki, Abbasov "Azərros"dan de-fakto uzaqlaşdırılıb. Amma söhbət ondan gedir k, baş nazirin sabiq 1-ci müavini də baş verənləri cavabsız qoymayıb.

"Bu gün Sadıqovun tərəfdarları ofisə buraxılmayıb. Bundan əlavə, Abbas Abbasovun özü və tərəfdarları alternativ toplantıya hazırlaşırlar. Həmin toplantıda Abbasovun rəhbərliyi altında "Azərros"un yeni rəhbər tərkibi seçiləcək, bu dəfə Söyün Sadıqov və komandası qurumdan kənarlaşdırlacaq. Bundan sonra isə "Azərros"un yenidən qeydiyyata alınması üçün Rusiya Federasiyası Ədliyyə Nazirliyinə müraciət olunacaq", - deyə "Azərros"un adının açıqlanmasını istəməyən üzvü deyib.

Mənbənin dediyinə görə, Abbasovun rəsmi Kremlə yaxınlığı səbəbindən qurumu tam olaraq ələ keçirə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Millətlərarası Münasibətlər Şurasının keçmiş üzvü Söyün Sadıqov da Kremlə yaxın şəxslər sırasındadır.

Tarix
2015.01.19 / 16:49
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla