Yuxarı

İlham Əliyev: Qarabağ Azərbaycandır və nida! - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: Qarabağ Azərbaycandır və nida! - Video

2019.10.03

Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu çıxış Prezident İlham Əliyevin kəskin mövqeyi kimi diqqət çəkib.

“Mən Ermənistan Baş nazirinin təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”, - deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.

İlham Əliyev əlavə edib ki, Ermənistanın özü bu qanunsuz qurumu tanımır:

"Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - Azərbaycandır və nida işarəsi!”

Prezident onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.

Bundan əlavə Prezident Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub.

“Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”, - deyə Prezident qeyd edib.

Tarix
2019.10.04 / 08:52
Müəllif
Axar.az
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla