Yuxarı

Prezident Soçidən mühüm mesajlar verdi - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Soçidən mühüm mesajlar verdi - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” diskussiya klubunda iştirak və çıxışı mühüm siyasi mesajlarla yadda qaldı.

Bu sözləri Axar.az-a millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” forumunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev Ermənistanın Baş naziri N.Paşinyana və onun sərsəm bəyanatlarına qətiyyətli və tutarlı cavab verdi:

“Valday” diskussiya klubu dünyanın beyin mərkəzlərindən biri olmaqla qlobal və regional kontekstdə ən aktual məsələlərin müzakirə olunduğu bir platformadır. Budəfəki tədbirdə dünyanın 40-a yaxın ölkəsindən çoxsaylı dövlət xadimi, ictimai nüfuzlu şəxslər və media nümayəndələri iştirak edirdilər. Belə mühüm bir platformada Prezidentin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi. İşğalçı ölkəyə məhz Rusiyada “Valday” klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsi olduqca ciddi bir mesajdır”.

Millət vəkili bildirib ki, İlham Əliyevin Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər onu göstərir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur:

“Hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya–Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında “Yol xəritəsi”nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Ümumiyyətlə, bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir və gələcək perspektivləri baxımından da olduqca önəmlidir”.

Tarix
2019.10.05 / 08:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla