Yuxarı

"Qarabağ Azərbaycandır!" ifadəsi... - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ Azərbaycandır!" ifadəsi... - General

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 3-cü rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını Müdafiə nazirinin müavini xüsusi vurğulayıb.

General-leytenant K.Vəliyev şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi məqsədilə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Tarix
2019.10.05 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla