Yuxarı

Markovdan Əliyevin "Valday"dakı çıxışına - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markovdan Əliyevin "Valday"dakı çıxışına - Reaksiya

Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb. “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasında iştirak edən akademik və media birliklərinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə lazımınca məlumatlı deyildi. Səbəb odur ki, bu birliyin mövqeyi erməni diasporunun təsirinə məruz qalmış KİV-lər tərəfindən yayılan informasiya əsasında formalaşır. Bu mənada, Azərbaycan Prezidenti mürəkkəb bir auditoriya qarşısında çıxış edirdi. Lakin Prezident İlham Əliyev öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Azərbaycanın maraqlarının və fəaliyyətinin məntiqini izah etməyə müvəffəq oldu. Hesab edirəm ki, onun çıxışı Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri oldu.

Axar.az xəbər verir ki, tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutu qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov bu fikirləri oktyabrın 7-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən söyləyib.

Rusiyalı məşhur politoloq regionda və dünyada baş verən proseslərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, ölkələr arasında münasibətlərdə “Bakı ab-havası” formalaşıb və “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi Moskva ilə Bakı arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.

Tarix
2019.10.07 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla