Yuxarı

“Kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək”

"Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. Bəzən sərt olub, bəzən diplomatik manevrlərlə demişəm, ancaq həmişə öz sözüm olub".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, millət vəkili kimi hər zaman insanları dinlədiyini bildirib:

"Baxın, tez-tez demoqoji fikir səsləndirənlər olur ki, millət vəkilləri xalqa yaxın deyil. Burada haqlılıq payı əlbəttə var. Ancaq bir Allah şahiddir, illərdir çalışırıq ki, sosial şəbəkə vasitəsilə xalqla daha əlçatan təmasımız olsun, fikir mübadiləsi edək, insanların mesajlarını alıb gücümüz çatan istiqamətdə köməklik göstərək. Mən də sizlərdən bilmədiyim xeyli bilgiləri öyrənirəm. Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. Bəzən sərt olub, bəzən diplomatik manevrlərlə demişəm, ancaq həmişə öz sözüm olub. Təsəvvür edin ki, ANS-də veriliş yoxdur və mən 20 ilə yaxındır kitablarımda, məqalələrimdə, hətta dissertasiyamda bu mövqeyi açıq, çəkinmədən yazıram, televiziyalarda söyləyirəm. Nə oldu, indi yadınıza düşdü? ANS-dəki proqramda 6 nəfər sizin istədiyinizi söylədi. Necə oldu, bir nəfərin əks mövqeyini qəbul edə bilmədiniz? Tam məsuliyyətimlə deyirəm: bu minvalla qaragüruhun qorxusundan kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək. Bir də mən millət vəkili kimi proqrama çıxmamışam, kitablarımı millət vəkili kimi yazmıram. Bu, elmdirsə, elmlə cavab verin, yoxsa Milli Məclisə, prezidentə müraciət edirlər ki, məni susdurmağa kömək etsinlər. Millət vəkili kimi də iradlarını başa düşmürəm. Hansı aktual məsələ oldu ki, mən onu səsləndirmədim, münasibət bildirmədim? Hər gün bəlkə də ən çox məktubu da vətəndaşlardan alan deputatlardan biriyəm. Narazılığınız məndəndirsə, o zaman razı qaldığınız millət vəkili obrazı necə olmalıdır, onu yazın, fəaliyyətimizi o obraza uyğunlaşdıraq. İnanın, özünüz də şahidsiniz ki, biz özümüzü müdafiə etməyə iradəmiz çatır, ancaq qaragüruhçuluğun yayılmasının qarşısını kəsmək üçün bütün sağlam düşünən insanların aktiv olması vacibdir".

Tarix
2015.01.21 / 13:14
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla