Yuxarı

Murad Dadaşovun “neft fəlsəfəsi”nə maraqlı - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Dadaşovun “neft fəlsəfəsi”nə maraqlı - Cavab

Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində neft haqqında danışarkən, “Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən?” deməsi ictimaiyyətdə bir neçə gündür ciddi müzakirə edilir. Aralarında ictimai-siyasi şəxslərin də olduğu bir çoxları xalq artistini bu fikrinə görə ciddi tənqid edir.

Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev Axar.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qara qızılı – nefti ilə bağlı Ümummilli lider Heydər Əliyev vaxtında dəqiq strategiya müəyyənləşdirib:

“Hər kəs bu məsələdə öz fikrini bildirə bilər. Murad Dadaşov nə iqtisadçı, nə də siyasətçidir. Dövlət strukturunda təmsil olunmur, azad, sərbəst adamdır və öz fikrini söyləyib. Səhv də danışa bilər, düz də. O ki qaldı neft strategiyasına, bu məsələdə dövlət siyasətinin əsasını, nüvəsini Heydər Əliyev müəyyənləşdirib. Azərbaycanın qurucusu bildirib ki, neft xalqın milli sərvətidir”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev neft strategiyasını bu cür xarakterizə edib:

“Azərbaycanın yeni neft strategiyasının əsas mənası, əsas prinsipləri ölkənin zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Bunu Heydər Əliyev dedikdən sonra Murad Dadaşovun sözlərinin nə əhəmiyyəti var?!”

Tarix
2019.10.09 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla