Yuxarı

Faşist Njde ermənilər üçün də qara ləkədir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faşist Njde ermənilər üçün də qara ləkədir – Millət vəkili

Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqrımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin nitqini şərh edərkən deyib. O bildirib ki, müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyildir:

“Qaregin Njde 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq etmişdir. Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlmişdir. Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlinin müəllifləri idi. Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrinin dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökumətini heykəlin götürülməsinə çağırması faşizmə qarşı 20 milyondan çox qurban vermiş SSRİ xalqlarının ərazisində bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. Regionda sülh, əmin-amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə sayır. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir”.

Tarix
2019.10.12 / 17:34
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla