Yuxarı

Fransa "dqr"lə bağlı daha bir xartiyanı ləğv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa "dqr"lə bağlı daha bir xartiyanı ləğv etdi

Oktyabrın 17-də Lion inzibati məhkəməsi Fransanın Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də imzalanmış "xartiya"nı ləğv edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda Fransa məhkəməsinin Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı alqışlanıb:

"Bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib".

"Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.

Tarix
2019.10.19 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla