Yuxarı

Prezidentin tənqidi: adlar açıqlanacaq – MŞ plan hazırladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin tənqidi: adlar açıqlanacaq – MŞ plan hazırladı

Prezident İlham Əliyevin ötən həftə keçirilən müşavirədə dövlət tərəfindən aparılan islahatlara və bu islahatlara meyilli, yeni təfəkkürə malik kadrlara qarşı bəzi iqtidar nümayəndələrinin kampaniya aparması və bu kampaniyanı mətbuat vasitəsi ilə həyata keçirilməsi barədə çıxışı geniş rezonans doğurdu. Prezidentin bu çıxışından sonra köməkçisi Əli Həsənov ötən gün mətbuata açıqlama verərək, bu kampaniyanın ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda aparıldığını bildirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli bildirib ki, islahatlara qarşı kampaniya aparan media qurumlarının adları Mətbuat Şurasına bəllidir.

“Nüfuzlu və ciddi media orqanları bu proseslərə qatılmır. İslahatlara qarşı kampaniyaya qoşulanlar media prinsiplərini pozan və Şuranın qara siyahısında olan mətbuat orqanlarıdır. Müəyyən güc mərkəzləri tərəfindən yaradılan və idarə edilən bu mətbuat orqanları haqqında ciddi şəkildə bəyanatlar və açıqlamalarımız da olub. Sadəcə, müəyyən qisminin arxasında iri dövlət məmurları durduğu üçün onlara qarşı tam effektli mübarizə aparmaq olmurdu. Lakin bir halda ki Prezident İlham Əliyevin də diqqəti onların üzərindədir, yəqin ki, artıq onlara qarşı effektiv, ciddi mübarizə aparılacaq və adları da açıqlanacaq”.

Prezidentin müşavirəsindən dərhal sonra Mətbuat Şurasının keçirdiyi iclasda bu cür media orqanlarına qarşı mübarizə aparılması barədə təkliflərin müzakirə olunduğunu vurğulayan M.Ələsgərli artıq bu barədə Şuranın tədbirlər planının hazırlandığını qeyd edib.

Tarix
2019.10.22 / 13:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla