ABŞ Çin maşınlarının satışını qadağan edir
13:35
| Ana səhifə Planet |
|
Soçidə hava limanına eniş zamanı "Yamal Airlines" şirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsini ildırım vurub.
Axar.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
“Hadisəyə baxmayaraq, ekipaj sərnişin təyyarəsini sağ-salamat yerə endirə bilib. Sonradan aparılan yoxlama zamanı təyyarənin burun hissəsində zədələnmə aşkar edilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, təyyarə Tümen şəhərindən uçuş həyata keçirmiş. Təxminən 400 metr hündürlükdə ekipaj parıltı müşahidə edib və yüksək səsli bir partlayış eşidib, lakin eniş prosesini davam etdirib.
|
Tarix
2026.11.29 / 13:27
|
Müəllif
Axar.az
|