Yuxarı

Son təxribatlar və bugünkü islalatların hədəfi... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son təxribatlar və bugünkü islalatların hədəfi... - Şərh

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Prezident İlham Əliyev tərəfindən imzalanan son sərəncamları və kadr islahatlarını Moderator.az-a şərh edib.

Axar.az Q.Həsənquliyevin son kadr dəyişiklikləri və KİV-də razılaşdırılmamış mitinq cəhdinin işıqlandırılması məsələsi ətrafında şərhini təqdim edir:

"Xalqımız bu dəyişiklikləri çoxdan gözləyirdi. Çünki ümidlər, xalqımızın xoşbəxt gələcəyi yeni kadrlarla başladılmış islahatların genişləndirilməsinədir. Qarabağın azadlığı da bu islahatlardan keçir. Yeni kadrlar təkcə Prezident qarşısında deyil, bütün xalqımız qarşısında necə böyük məsuliyyət daşıdıqlarının fərqində olmalıdırlar. Tam səmimi deyirəm ki, onların fəaliyyətindən ölkəmizin gələcəyi çox asılıdır. Onlar keçid dövrünün səlahiyyətliləri olduqlarından adlarını xalqımızın tarixinə qızıl hərflərlə yaza bilərlər. Onlar özlərinə bir çox məsələlərdə yox deməyi bacarmalıdırlar. Xalqımız onlardan təşəbbüskarlıq və fədakarlıq gözləyir. Uğursuzluq ölkəmizi ciddi böhrana sürükləyə bilər.

Dövlətimizin gələcəyini düşünən vətənpərvər jurnalistlərə təxribatçıların ifşa olunması istiqamətində göstərdikləri fədakarlığa görə təşəkkür etməklə yanaşı, sifarişli, bəzi xarici və iqtidarlı-müxalifətli daxili mafioz qüvvələr tərəfindən təşkil olunmuş təxribatın onun təşkilatçılarına yaxın jurnalistlər tərəfindən işıqlandırılmasının təhlili göstərir ki, təxribatda əsas hədəf ölkəmiz olmaqla, Prezident seçilmişdir. Amma təkcə o yox, həmçinin ölkənin təhlükəsizliyinə cavabdeh olan, təzə təyin olunmuş Daxili İşlər naziri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi. O cümlədən, iqtidarın siyasətini dəstəkləyən bəzi ​kütləvi informasiya vasitələrinə mənbəyi bəlli olmayan informasiyalar ötürməklə onların nüfuzuna ciddi zərbə vurmaq, ölkənin imicini korlamaq, onun tərəfdaşları ilə münasibətlərinə xələl gətirmək kimi fəaliyyət öncədən planlaşdırılmışdır. Bu təxribat həm də diqqətin Qarabağ problemindən yayındırılmasına hesablanmışdır. Amma kimin nə yazmasından, deməsindən asılı olmayaraq, son dəyişikliklər göstərir ki, heç kim nə bu gün, nə də gələcəkdə bu cür təxribatlarla Prezidenti qorxuda bilməz. Prezident islahatları davam etdirir və cəmiyyəti əmin edir ki, bəyan etdiyi kimi onun sözü imzası qədər mötəbərdir. Hazırkı tarixi dönəmdə xalqımızın təxribatçıları şiddətlə qınamasına və Prezidenti isə ​daha ciddi dəstəkləməsinə böyük ehtiyac yaranmışdır".

Tarix
2019.10.23 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla