Yuxarı

AB-nin Bakı standartı: Əli Kərimli ilə nə danışılıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox güclərin işğalçı Ermənistan və işğala məruz qalmış Azərbaycana münasibətdə (münasi­bət­sizlikdə) ikili standartlara yol verdiyinə dair xeyli misallar görürük. Beynəlxalq təşkilatların, dünya güclərinin, yaxud böyük dövlətlərin kiçik dövlətlərə qarşı (yaxud bir beynəlxalq qurumun hansısa iki dövlətə qarşı) fərqli, qərəzli yanaşması (deyək ki, ABŞ Konqresinin Azadlığı Müdafiə Aktı çərçivəsində Azərbaycana yardımını qadağan edən 907-ci düzəlişi qəbul etməsi, əvəzində işğalçı Ermənistana hələ də yardımlarda bulunması) ikili standartlara aiddir.

Fərdlərə, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə bax­mamaq, məqsədyönlü tərəfkeşlik etmək, haqq, ədalət kateqoriyasında yorumlanan məsələləri bi­rinin xeyrinə, başqasının ziyanına yorumlamaq, tərəzinin gözünü əymək, əyarı pozmaq ikili standartın tam özüdür.

Bu ikili standartla bağlı bəlli bilgiləri niyə paylaşıram? – Bizim üzvü olmadığımız, lakin mütərəqqi dəyərlərini heç bir vəchlə gözardı etmədiyimiz, müsbət təcrübələrini, qəbulediləsi mə­ziyyətlərini paylaşdığımız Avropa Birliyinin respublikamıza enişli-yoxuşlu münasibəti alqışlanası deyil.

Bu azmış kimi, ikili standartlar ölkəiçi olaylara münasibətdə də özünü göstərir.

Ey Avropa Birliyi, sən necə gücsən, necə böyüksən ki, dövlət müstəqilliyinin yaşı üç on­il­likdən az olan, ərazisinin 20 faizi işğal edilmiş, bir milyon insanı yerindən-yurdundan dər­bədər salınmış bir ölkəyə təzyiq göstərmə cəhdini özünə rəva bilirsən (onun problemlərini görməzdən gəlirsən)? O ölkəyə ki, Avropa təh­lükəsizliyində, enerji təminatında, dünya barışında özünəxas payı var; o ölkə ki, mədəniyyətlər, dinlərarası dialoqun mərkəzinə çevrilib, qlobal humanitar təfəkkürə töhfələr verib…

Avropa Birliyi hadisələrə birtərəfli yanaşmamalıdır; müxalifətin id­di­aları əsasında hakimiyyət orqan­larına çağırış edirlərsə, radikal çağırış edənlərdən də, məhz radikallıqdan imtina, “nifrət nitqinə yox!” tələbində bulunmalı deyilmi? “Avropa Birliyiyəm” deyən bir qurum, qanunsuzluqlara qapımı açmalıdır, yoxsa səlahiyyətli dövlət orqanlarının qanun­a ça­ğırışlarını təqdirmi etməlidir? Bax, o zaman Avropa sözü də, Birlik sözü də, demokratiya çağırışları da sual altına düşməz, ikili standart məzmununda şərh edilməzdi.

Necə olur ki, gənc Azərbaycan dövlətinə bir mü­nasibət (münasibətsizlik), qos-qoca Avropa dövlətlərinə başqa münasibət bəslənilir? Ədalət bunun harasındadır? Fransa, İngiltərə, İspaniya, Belçikada mitinqə çıxanları əzişdirmək, atla, itlə qaranəfəs etmək olar – bu qanunun müdafiəsidir, səlahiyyətli orqanların normal tələbidir; elə ki atsız, itsiz Azərbaycan polisi mitinqçilərlə üz-üzə gəlir, Avropa Birliyi, Tovuzlular demiş, “dəfin o biri üzünə vurur”…

Ey Avropa Birliyi, sən mitinqdə, piketdə canlı izləməmi aparmısan, bilavasitə baxışmı keçirmisən?

Belə olmur, ey Avropa Birliyi. Ya hamımız Avropa olacağıq, ikili standartlardan arınmış birlik olacağıq, ya da oyun oynamayacaqsınız.

Bəli, Avropa Birliyinin Güney Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi To­ivo Klaar Bakıdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rəsmi məlumatda bildirilir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa Birliyi əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Yaxşı, bəs Toivo Klaarın Bakıda olduğu günlərdə Birliyin Azərbaycandakı elçisi Kes­tutis Yankauskas ilə görüşən AXCP başçısı Əli Kərimli nədən danışıb? – Özü yazıb ki, mitinqi ətraflı müzakirə etdik. Bu ölkənin dərdi-azarı mitinqdir axı, yalnız mitinqdir, heeççç başqa bir dərdimiz-zad yoxdur axı…

Radikalların liderinin görüş barədə yazdığı mətndə Qarabağ haqqında bir cümlə, bir cümlə yox, ey, bir söz belə yoxdur… - Düşünürəm ki, bu yerdə heç əlavə sözə də ehtiyac yoxdur…

Tanrı dövlətimizə güc versin!

Tarix
2019.11.01 / 08:30
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla