Yuxarı

Bəxtiyar Hacıyev Nikol Paşinyanla nə danışdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəxtiyar Hacıyev Nikol Paşinyanla nə danışdı? - Video

2019.11.12. 19:33

Paris Sülh Forumunda iştirak edən azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşüb və ona Qarabağla bağlı suallar ünvanlayıb.

Axar.az xəbər verir ki, Publika.az-a bu barədə məlumat verən B.Hacıyev N.Paşinyanın artıq ikinci dəfədir Paris Sülh Forumunda iştirak etdiyini bildirib. B.Hacıyev ona Azərbaycandan gəldiyini, Ermənistanda anadan olduğunu bildirərək Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, Paşinyan sualı cavablandırarkən xeyli çətinlik çəkib.

B.Hacıyev bildirib ki, Ermənistanda anadan olsa da, öz doğulduğu yerə gedə bilmir:

“Siz münaqişəylə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar, BMT-nin 4 qətnaməsi var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa İttifaqı ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdırsa, o özününkünü Paşinyana verə bilər. Baş nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

Azərbaycanlı fəal sualının ikinci hissəsini də verib:

“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiniz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş naziri kimi Xankəndidə - Azərbaycan ərazisində “Qarabağ Ermənistanındır” demisiniz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?”

B.Hacıyev həmçinin, əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Dağlıq Qarabağ Azərbaycandır və nida!” ifadəsini işlədib.

Paşinyan erməni tərəfinin bütün beynəlxalq tədbirlərdə səsləndirdikləri absurd fikirlərlə özlərini “haqlı” göstərməyə çalışsa da, ciddi bir arqument göstərə bilməyib.

B.Hacıyev sosial şəbəkədə rezonans doğuran sözügedən görüşü və qələm dialoqunu belə şərh edib:

“Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”.

Tarix
2019.11.13 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla