Yuxarı

2025-ci ildə bunu müşahidə edəcəyik - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə davam edən kadr islahatları ümumi islahatların tərkib hissəsidir.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər haqda deyib. O bildirib ki, dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu nailiyyətlər aparılan islahatlar və düzgün kadr seçimi hesabına əldə edilib:

“Azərbaycanda son 16 ildə sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Ölkəmizin beynəlxalq nüfuzu ciddi şəkildə artıb. Bu gün biz dünyada böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Prezident yeni təyin olunan icra başçıları ilə görüşdə vurğuladı ki, onlar da bu məsuliyyəti dərk edib, vəzifələrini layiqincə yerinə yetirsinlər”.

Millət vəkili Prezidentin son illərdə demokratiyanın inkişafı, insan haqlarının qorunması sahəsində böyük nailiyyətlər əldə edilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi başlıca cəhətlər demokratik meyarların daha möhkəm özüllər üzərində bərqərar olması, vətəndaş həmrəyliyi, hüquqi dövlət quruculuğu ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyət həyatının bütün sahələrini əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin əsaslı surətdə dəyişməsi ilə xarakterizə olunaraq, ən müasir dünya standartlarına uyğunlaşdırır. Ölkə başçısının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər, yeni institusional təsisatların yaradılması Azərbaycanın qarşısında tamamilə yeni mərhələnin açılmasına rəvac verir”.

E.Nəsirov bildirib ki, qarşıdakı 7 il ərzində Azərbaycanı daha böyük uğurlar gözləyir:

“2025-ci ildə, yəni 7 ildən sonra dönüb 2019-cu ilə baxanda görəcəyik ki, biz daha hansı zirvələri fəth etmişik. Azərbaycanın bu uğurları dostlarımızı sevindirir, düşmənlərimizin isə yuxularına haram qatır. Onlar cürbəcür siyasi hoqqabazlıqlar etməyə, min cür oyunlara qurmağa çalışırlar. İstəyirlər ki, sapı özümüzdən olan baltaları işə salıb, antimilli ünsürlərdən istifadə etsinlər, lakin bunun heç birinin nəticəsi olmayıb və olmayacaq. Çünki ortada Azərbaycan xalqı ilə onun hakimiyyətinin, Prezidentinin möhkəm birliyi var. Birlik olan yerdə də anti-Azərbaycan qüvvələrin və sapı özümüzdən olan baltaların arzuları gözlərində qalacaq”.

Tarix
2019.11.13 / 17:50
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla