Yuxarı

Ermənistan zəif həlqədir, Azərbaycana baxın - Razuvayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iqtisadiyyatı çox kiçikdir – cəmi 12.4 milyard dollar. Müqayisə üçün deyək ki, Azərbaycan 47 milyard dollar həcmində ümumi daxili məhsula sahibdir. Ermənistan Avrasiya Birliyinə daxildir, lakin onun inkişaf səviyyəsi Belarus, Rusiya Federasiyası və Qazaxıstanla müqayisədə olduqca aşağıdır. Qırğızıstanla birlikdə Ermənistan Avrasiya Birliyində zəif həlqə sayılır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Aleksandr Razuvayev deyib.

Ekspert qeyd edib ki, ABŞ, Fransa, İspaniya, Rusiya kimi ölkələrdə bu qədər zəngin erməni olmasına baxmayaraq, onların nəyə görə özlərinin tarixi vətənlərinə investisiya qoymaq arzusunda olmamaları həmişə onun üçün sirr olaraq qalıb.

“Dünya Bankının 2015-ci il hesabatında qeyd olunur ki, xüsusi pul köçürmələri Ermənistan ÜDM-nin 21 faizini təşkil edir. 2015-ci ildə Ermənistanda pul köçürmələri son 10 ildə ən aşağı həddə - 1.6 milyard dollara bərabər olub. Ən yüksək göstərici (2.3 milyard dollar) isə 2008-ci ildə qeydə alınıb. 2018-ci ildə Ermənistana 1.786 milyard dollar köçürülüb, 2019-cu ilin birinci yarısında isə bu rəqəm təxminən 800 milyon dollar təşkil edib. Ermənistan vətəndaşları əsasən işləmək üçün Rusiyaya üz tutur. Rusiyanın Ermənistana pul köçürmələrindəki payı 80 faizi keçir”, - ekspert bildirib.

Razuvayev qeyd edib ki, yalnız son bir neçə ayda rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi Ermənistandan başqa ölkələrə iş axtarmağa gedib:

“Qeydiyyatdan keçməyən nə qədər işsizin daha yaxşı həyat axtarışında olub ölkəni tərk etdiyini heç kim bilmir. Ancaq Rusiya hökuməti birdən-birə tikinti sahəsində çalışmaq üçün verilən kvotanı kəskin azaldıb. Bu il 52075 nəfər bu sahədə çalışmaq hüququ əldə edib. Bu arada, 2020-ci ilin yanvar ayından etibarən onların sayı 29996-a qədər azalacaq. Bildiyiniz kimi, Rusiyada işləyən Ermənistan vətəndaşlarının əksəriyyəti də elə tikinti sektorunda fəaliyyət göstərir”.

Ekspert əlavə edib ki, Ermənistanın xarici ticarət dövriyyəsinin 30 faizə qədərini AİB təşkil edir. Bu həcmin demək olar ki, hamısı Rusiya ilə ticarətdən ibarətdir (AİB-in digər üzvlərinin payı 3 faizə yaxındır).

“Təbii ki, əgər Ermənistan birdən-birə Qərbi seçsə, pul köçürmələri kimi Rusiyanın iqtisadi, xarici siyasət sanksiyaları da çox ağrılı olacaq. Ermənistanın hazırkı liderlərinin nəyə görə Qərbə bu qədər inandığını söyləmək çətindir. Yəqin ki, onlar əvvəldən qeyri-müstəqil fiqurlardır. Əgər keçmiş SSRİ-yə nəzər salsaq, görərik ki, qərbyönlü deyil, Azərbaycan, Rusiya və Qazaxıstan kimi suveren ölkələr uğura nail olublar”, - ekspert vurğulayıb.

Tarix
2019.11.13 / 19:07
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan

Bayramov Vu Honqbo ilə görüşdü

Köçəryan və Sərkisyan Bakıya təhvil verilə bilər? - Paşinyan

Makron alqışladı: Bakı və İrəvanın razılaşması...

Avstriya Bakı-İrəvan razılaşmasını alqışlayır

Bakının Konstitusiya dəyişikliyi tələbi… - Paşinyan

Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!

Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla