Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Dekabr 2019


Prezidentdən Talıbova: Düşmənlə sərhəddə vəziyyət necədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman deyib.

"Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?", - İ.Əliyev qeyd edib.

V.Talıbov isə öz növbəsində bunları söyləyib: "Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır".

Tarix
2019.11.18 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən heç kəsin gözləmədiyi qərar...

Prezident: Bura mühafizə olunmalıdır, gözətçilər...

Prezidentdən nazirə: Gələndə gördüm ki, yolboyu...

Kazinform Prezidentin sərəncamından yazdı

Erməni kanalından Türkiyə ilə bağlı şok iddia - Video

Əli Əsədov Molineusla görüşdü

Prezidentin islahatları nəyə xidmət edir? - Ekspert açıqladı

Seçki tarixi yaxınlaşır: kimlər hələ də “yuxulayır”?

Hansı partiyalar seçkidə iştirak edəcək? - Açıqlama

Seçki: namizədlərin qeydiyyatı nə vaxt başlayır?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla