Yuxarı

Türkiyədə birlik mesajı: Qarabağ... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə birlik mesajı: Qarabağ... - Foto

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Ankaranın Qızılcahamam rayon bələdiyyəsinin sədri Süleyman Acar və Keçiörən rayon bələdiyyəsinin sədri Turqun Altınoq ilə görüşüb. Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları görüşdə iştirak ediblər.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə İctimai Birliyin fəaliyyəti barədə məlumat verib.

Vurğulanıb ki, Keçiörəndə Xocalı parkının və abidəsinin, Qızılcahamamda Xocalı soyqırımı muzeyinin açılması Türkiyə dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsi ilə sərgilədiyi ədalətli mövqenin göstəricisidir. Görüşdə təcavüzkar Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindəki acınacaqlı vəziyyət barədə bələdiyyə sədrlərinə məlumat verilib.

Bələdiyyə sədrləri bildiriblər ki, Türkiyə bundan sonra da bütün məsələlərdə Azərbaycana dəstək verməkdə davam edəcək. Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün milli problemi hesab edir.

Tərəflər vurğulayıblar ki, tarixi köklərlə bağlı olan Azərbaycan və Türkiyə əbədiyyətə qədər bütün məsələlərdə bir-birinin yanında olacaqlar.

Səfər çərçivəsində nümayəndə heyəti sözügedən parkda və muzeydə olub.

Tarix
2019.11.22 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla