Yuxarı

"Bizə ermənilərin içindən çıxan Kadırovlar lazımdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bizə ermənilərin içindən çıxan Kadırovlar lazımdır"

"1992-ci ildə Dağlıq Qarabağın muxtar vilayət statusu Xalq Cəbhəsi hakimiyyəti tərəfindən ləğv olundu. Buna qarşılıq olaraq ermənilər "DQR"-i təbliğ edirlər, beynəlxalq aləmdə qəbul etdirə bilməsələr də".

Axar.az "Musavat.com"a istinadən xəbər verir ki, deputat Zahid Orucu bunu hazırda davam edən Milli Məclisin iclasında dedi. Qeyd etdi ki, biz Dağlıq Qarabağla bağlı danışanda hüquqi bir ad tapa bilmirik: "Buna görə də Dağlıq Qarabağ Muxtar Vilayət statusu bərpa olunmalıdır". Z.Oruc müharibə cinayətləri ilə bağlı məhkəmə qurulmasını da təklif etdi: "Bizə heç kim mane olmur ki, Sərkisyan və Köçəryanı mühakimə edək". Amma deputat əlavə etdi ki, ermənilərə iki yol təklif etməliyik: cinayətkarlarına cəza, separatçılığa qurban verənlərə isə bağışlanma siyasəti yürütməliyik. Mən ermənilər üçün əfv mövqeyini tutmuram. Amma Azərbaycan üçün Rusiyanın Çeçenistan siyasəti lazımdır. Bizə də ermənilərin içindən çıxan Kadırovlar lazımdır".

Birinci vitse-spiker Ziyafət Əsgərov isə aydınlıq üçün dedi ki, Dağlıq Qarabağ anlayışı beynəlxalq sənədlərdə çoxdan əksini tapıb: "Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalı məsələsi bütün beynəlxalq təşkilatların sənədlərində qeyd olunub, onların icra olunmaması başqa məsələdir".

Yeri gəlmişkən, Z.Oruc məhkum Lamiyə Quliyeva ilə bağlı məsələnin ölkə KİV-inin "gündəmini işğal etməsi"nə diqqət çəkdi. Burada xarici amillərin dayandığını vurğuladı: "Mən buna xüsusi qurulmuş, Azərbaycan ədliyyə sisteminin üzərinə gedilməsi üçün hazırlanan addım kimi dəyərləndirirəm".

Tarix
2015.02.02 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla