Yuxarı

Arif Paşayev təltif edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Paşayev təltif edildi

Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, “Azərbaycan Hava Yolları” QSC və “Silk Way” aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfər zamanı qonaqlar "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər.

Görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun “Fəxri elmlər doktoru” və “Fəxri professor” attestatlarını təqdim edib.

Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib.

Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olub, müəllim və tələbələri ilə görüşüblər.

Tarix
2019.11.25 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla