Yuxarı

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

AB Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, nümayəndə heyətinin səfəri AB-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Ab-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.

Ötən gün COEST nümayəndə heyəti Ermənistana səfər edib və hökumət nümayəndələri ilə görüşlər keçirib. Xüsusilə Ermənistan və AB arasında münasibətlərin gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi, Strateji Tərəfdaşlıq Gündəliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat bağlantısının inkişafı müzakirə olunub.

Ermənistan tərəfi, həmçinin nümayəndə heyətinə Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması üzrə addımları və Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar yaranmış regional əməkdaşlıq imkanlarını təqdim edib.

COEST Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən Ermənistan və Azərbaycanla münasibətlər üzrə fəaliyyətini hazırlayır və əlaqələndirir, habelə bu dövlətlərlə bağlı siyasi məsələlər üzrə Şuranın mövqelərini hazırlayır.

Tarix
2026.09.29 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla