Yuxarı

Prezident: Putinə buna görə təşəkkürümü çatdırın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Putinə buna görə təşəkkürümü çatdırın

Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

"Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu", - İ.Əliyev qeyd edib.

Tarix
2019.12.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla