Yuxarı

Prezident: Bura mühafizə olunmalıdır, gözətçilər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: Bura mühafizə olunmalıdır, gözətçilər...

Ötən gün Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar.

Axar.az xəbər verir ki, dövlət başçısı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdan türbədə görülən işlər və tarixi barədə məlumat alıb.

Prezident İlham Əliyev: Görürəm, abadlaşdırılıb, qədim məzarlardır.

Tahir Məmmədov: Bunlar qədim məzarlardır. Bu məzarların hamısını torpağın altından çıxartdıq.

Prezident İlham Əliyev: Neçənci əsrə aiddir?

Tahir Məmmədov: Ümumilikdə Şahi Xəndanın qəbri XIV əsrə aiddir və bu qəbiristanlıq o dövrdən mövcuddur.

Prezident İlham Əliyev: Şəhər qəbiristanlığı kimi istifadə olunur?

Tahir Məmmədov: Bəli, hələ də istifadə olunur. Əlavə yerlər var. Şamaxıda bu cür iki böyük qədim qəbiristanlıq var. Bu və Yeddi Günbəz qəbiristanlığı, hansında ki şahın ailə üzvləri dəfn olunubdur. Abadlıq işlərindən sonra burada belə bir genişlik yaranıb.

Prezident İlham Əliyev: Görürəm, bu əraziyə əl gəzdirilib.

Tahir Məmmədov: Biz indi fərdi şəkildə söhbət aparırıq ki, bütün bu məhəccərləri ərazidən götürək və ərazi bu cür açılsın. Arxada da çox qədim qəbirlər var, turistlər rahat keçib oraya da baxa bilsinlər. Buraya xaricdən çox turist gəlir və buranın energetikası üçün bu binaya toxunurlar, gəzirlər.

Cənab Prezident, gəldiyimiz bu yol əvvəlcə asfalt idi. Abidənin təxminən müəyyən hissəsi gördüyümüz hündürlükdə torpaqla örtülü idi. Biz avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və onun təlimatı əsasında bu işləri apardıq, Heydər Əliyev Fondunun dəstəyi ilə. Birinci təlimat bundan ibarət idi ki, biz abidəni sudan azad etməliyik və bura gördüyümüz səviyyəyə - abidənin bünövrəsindən də aşağıya qədər qazıldı.

Prezident İlham Əliyev: Qapının da bir hissəsini torpaq örtmüşdü.

Tahir Məmmədov: Bəli, örtmüşdü və çöldən sular içəri sızırdı və orada rütubət çox idi. Ona görə binanın tam konservasiyasına qədər təlimat üzrə üstünü belə örtülü saxlayacağıq. Konservasiya olunana qədər daşların içi qurumalıdır. Türbənin içi havalandırma sistemi ilə qurudulur. Binanın ətrafında torpaq uçqunlarının qarşısını almaq üçün istinad divarları hörüldü. Memarların təklifi ilə biz binanın eskizini turistlər üçün əyani olsun deyə səkkiz guşəli ulduz formasında yerə həkk etdik.

Prezident İlham Əliyev: Yəni, bu, binanın yuxarıdan görünüşüdür.

Tahir Məmmədov: Bəli, ortası da bu cür dairəvidir.

Mehriban Əliyeva: Yəqin ki, bərpa davam edəcək?

Tahir Məmmədov: Bəli, konservasiya davam edəcək. Daşlar quru olmadığına görə hələ içərisini bərpa etməmişik.

Mehriban Əliyeva: Quruyandan sonra iş davam edəcək?

Tahir Məmmədov: Bəli, davam edəcək.

Dövlətimizin başçısı və birinci xanım türbənin içərisinə daxil oldular.

Mehriban Əliyeva: Burada bir neçə məzar var?

Tahir Məmmədov: Burada iki məzar var. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimalı var.

Prezident İlham Əliyev: Orada nə yazıldığı bəllidir?

Tahir Məmmədov: Hazırda bizim alimlərimiz onu araşdırırlar.

Mehriban Əliyeva: Yuxarı da yaşıldır.

Tahir Məmmədov: Bəli, tavanı tamamilə mamır örtmüşdü. İndi daşlar quruyub, gözlə görünür. Yaza, yaya qədər qurutma prosesi davam etməlidir.

Prezident İlham Əliyev: Bura mühafizə olunmalıdır. Gözətçilər var?

Tahir Məmmədov: Bəli, gözətçilər var.

Tarix
2019.12.07 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla