Yuxarı

“Prezidentin diqqəti bizi daha da ruhlandırır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezidentin diqqəti bizi daha da ruhlandırır”

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra Şəhidlər Xiyabanında Vətənimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib.

Publika.Az-ın məlumatına görə, daha sonra FHN-in inzibati binasında keçirilən təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra FHN-nin fəaliyyətini əks etdirən film nümayiş olunub.

Çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 8-ci ildönümü - Nazirliyin işçilərinin peşə bayramı münasibəti ilə şəxsi heyəti təbrik edib, onlara çətin, lakin şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıb, daha sonra hesabat xarakterli çıxış edib.

Nazir vurğulayıb ki, bu il FHN üçün də əlamətdar il hesab olunur: "Çünki bu il prezident İlham Əliyev növbəti dəfə xalqın böyük etimadını qazanaraq prezident seçilib. Bu münasibətlə FHN əməkdaşları adından cənab prezidenti təbrik edirəm".

Sonra əlamətdar gün ərəfəsində nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncamları oxunub. Həmçinin, nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.

Sonda mərasim iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə müraciət qəbul olunub.

Tarix
2013.12.16 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla