Yuxarı

Neft Fondu xərclərini və itkisini açıqladı – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondu xərclərini və itkisini açıqladı – Siyahı

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondu 2014-cü ildə 1.611,9 milyon manat itirib.

Axar.az xəbər verir ki, bu məlumat Neft Fondunun 2014-cü ilin yekunları ilə bağlı bu gün açıqladığı hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2014-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 12.731,0 milyon manat, büdcə xərcləri isə 10.117,2 milyon manat təşkil edib.

2014-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35.877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37.104,1 milyon ABŞ dollarına bərabər olub.

Tarix
2015.02.09 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla