Yuxarı

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Son günlər həm ABŞ, həm də İsrail tərəfindən İrana yönəlmiş ritorikanın sərtləşdiyi görünməkdədir. Təbii ki, İran da bunu cavabsız qoymur, Tehran da sərt üslub seçib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov İsrail-ABŞ cütlüyünün İrana yeni hücum ehtimalını şərh edərkən deyib.

“İddialara görə, İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 11-də orduya İrana hücuma hazırlaşmaqla bağlı əmr verib. Sadəcə son anda ABŞ Prezidenti Donald Tramp bunu əngəlləyib.

Nəzərə alaq ki, hazırda hər iki ölkə seçki ərəfəsindədir və bu seçkilər həm Tramp, həm də Netanyahu üçün olduqca vacibdir. İsraildəki seçkilərdə Netanyahunun təkcə siyasi həyatı yox, həm də taleyi həll olunur. Çünki Qəzzada başlayan savaşa qədər İsrail baş naziri ilə bağlı bir çox istintaq araşdırmaları da mövcuddur”, - ekspert bildirib.

Onun fikrincə, son günlərdə həm Trampın, həm də Netanyahunun açıqlamaları seçkilərdən sonra İrana qarşı ciddi planların olmasından xəbər verir:

“Netanyahu bəyan edir ki, İranda başlanan işlər yarımçıq qalıb və bu işlər tamamlanmalıdır. Tramp isə qeyd edir ki, İrana şərtləri qəbul etdirmək üçün ona ağır zərbələr endirməyi düşünür. Yada salaq ki, ABŞ-ın bölgədə iki aviadaşıyıcısı var və biri də əlavə olunacaq. Həmçinin bölgədə artıq ABŞ-ın 20-yə yaxın hərbi gəmisi birləşib və canlı qüvvələrə 10 min nəfər də əlavə olunub. ABŞ-ın bölgədəki bazalarında hərbçilər kənara çıxarılıb. Bütün bunlar faktiki olaraq 28 fevral dövrünü xatırlatmaqdadır.

Bu baxımdan, seçkilərdən sonra İrana hücum edilməsi ilə bağlı yayılan iddialar kifayət qədər ciddidir. Hətta İsrail baş naziri ötən gün bildirdi ki, İran İsraildəki seçkilərə müdaxilə etmək istəyir. O da bununla bağlı aiddiyyəti qurumlara “araşdırma aparılması ilə bağlı” göstəriş verib. Sanki hərbi əməliyyatlar üçün bir zəmin hazırlanır. Şübhəsiz ki, nə Netanyahu seçki ərəfəsində hücum edəcək, nə də Tramp. Ancaq seçkidən sonra İrana hücum ehtimalı kifayət qədər yüksəkdir”.

Qeyd edək ki, İsraildə Knessete seçkilər 27 oktyabrda, ABŞ-da Konqresə seçkilər (aralıq seçkilər) isə 3 noyabrda baş tutacaq.

Tarix
2026.10.23 / 08:00
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla