Yuxarı

Züqanov Bakının 23 saylı məktəbində oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Züqanov Bakının 23 saylı məktəbində oldu - Foto

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 10-da Bakıdakı 23 nömrəli tam orta məktəbdə olub.

AzərTAc xəbər verir ki, qonaqlara bu təhsil müəssisəsi barədə məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən məktəbin yenidən qurulması ilə bağlı işlər 2012-ci ildə başlanıb. Məktəbin əvvəlki binası sökülüb və onun yerində müasir məktəb tikilib.

G.Züqanov məktəbin Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər və sənədlərlə tanış olub.

Qeyd edilib ki, 23 nömrəli məktəb öz məzunları ilə həmişə fəxr edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bu məktəbin məzunudur.

Nümayəndə heyətinin üzvləri sinif otaqlarından birində 5-ci sinif şagirdləri ilə söhbət edib, tədris vəsaitləri ilə maraqlanıblar. Daha sonra qonaqları A.S.Puşkinin yaradıcılığına həsr edilmiş uşaq səhərciyinə dəvət ediblər. Tədbir başa çatandan sonra RF KP fraksiyasının sədri böyük şairin yaradıcılığına sevgilərinə görə bütün şagirdlərə və onların valideynlərinə təşəkkürünü bildirərək, müəllimə bir qələm hədiyyə edib və şərt bağlayıb ki, bu qələmlə şagirdlərə "2" qiymət yazmasın.

G.Züqanov məktəbin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, tədris müəssisəsinə xatirə hədiyyələri təqdim edib.

Tarix
2015.02.10 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla