Yuxarı

Prezident rus kanalına danışdı: AB ilə danışıqlar gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident rus kanalına danışdı: AB ilə danışıqlar gedir

Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində söyləyib.

"Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin Brexitdən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib.

Hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün bunlar başqa ölkələrlə münasibətlər qurulmasına əsla mane olmur. Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından tamamilə müstəqil kurs yürüdür. Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqilik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun təqribən 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiq və basqıları dəf etmək üçün bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub", - dövlət başçısı bildirib.

Tarix
2019.12.31 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla