Yuxarı

ABŞ-İran müharibəsi başlaya bilərmi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki günlərə nisbətən İran tərəfindən verilən hədələyici və qisasa çağırış bəyanatları xeyli azalıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, bundan sonra tərəflərin zərbə xarakterli cəhdləri olsa da, bu hələ müharibənin başlayacağı anlamına gəlmir:

“ABŞ da danışıqlara hazır olduğunu bildirib və Avropa Birliyini vasitəçiliyini irəli sürüb. Yəni AB qarşısında bəyan edib ki, onlar qarşıdurmanın müharibəyə çevrilməsinin qarşısını almaq üçün ABŞ-la İran arasında vasitəçilik etsinlər.

SEPAH-ın İraqdakı ABŞ bazasına hücum nəticəsində çoxsaylı itki haqda məlumat hələ ki, təsdiqlənməyib. ABŞ zərbə endirildiyini təsdiqləsə də, itkini təkzib edib.

Birləşmiş Ərəb Əmirlikləri üzərində ABŞ təyyarələrinin havaya qalxması və buna cavab olaraq İran təyyarələrinin havaya qaldırılması tərəflərin bir-birinə hərbə-zorba gəlməsidir. Daha çox diqqəti çəkən cəhət əvvəlki aqressiv çağırışların ölçüyə gələcək dərəcədə səngiməsidir”.

Politoloqun sözlərinə görə, həm ABŞ və İran, həm də Avropa Birliyi ölkələri danışıqlar prosesində maraqlıdır:

“İran Xarici İşlər naziri Cavad Zərifin, eləcə də ABŞ Prezidenti Donald Trampın özü tərəfləri barışdıra biləcək səylərin göstərilməsinə hazır olduqlarını bildirirlər. Dünənə qədər müharibə ssenarisi üzərində düşünülürdüsə, artıq İranı nüvə razılaşmasına qaytarmaq və ABŞ-ı buna razı salmaq, beləliklə də ikili münasibətləri yumşaltmaq üçün səylər göstərilir. ABŞ sülhə çağırış, qarşıdurmadan yayınmanı istəyirsə, İran buna daha çox tərəfdardır. İndiki vəziyyəti barışığa meyillilik və qarşıdurmanı səngitmək cəhdləri kimi xarakterizə etmək olar. Bu məsələdə AB ölkələri böyük rol oynayırlar.

Bir sözlə, qızmış beyinlər ayılır. Ən azından tərəfləri əvvəlki status-kvoya gətirmək üçün cəhdlər göstərilir. Əminəm ki, bu səylərə hər iki tərəf hazırdır.

Güman edirəm ki, yaranmış yumşalma meyillərini müdafiə edən qüvvələr onun daha da möhkəmlənib dönməz bir prosesə çevrilməsi üçün ciddi çalışacaqlar”.

Q.Hüseynli ehtimal olunan ABŞ-İran müharibəsinin hər iki tərəfə ağır zərbə vuracağını deyib:

“İranda da başa düşürlər ki, söhbət müharibəyə qədər gedib çıxsa, bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı ola bilər. Buna görə də həm ABŞ, həm də İranın özü danışıqlara meyilli kimi görünür. Zənnimcə, danışıqlar baş tuta bilər.

Düşünmürəm ki, bir təyyarəyə görə ABŞ müşahidə edilməkdə olan sülhə çağırışları dəyərləndirməsin və irimiqyaslı müharibə hərəkətlərinə başlasın. Prezident seçkiləri ərəfəsində olan Trampın belə bir addım atacağına inanmıram. Eyni zamanda iqtisadiyyatı sanksiyalara görə çətin vəziyyətdə olan İranın irimiqyaslı hərbi əməliyyatlara gedəcəyi az inandırıcıdır”.

Qeyd edək ki, SEPAH ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Eyn-əl-Əsəd bazasında uçuş-enmə zolağında məhv edilib.

“Tasnim" agentliyi SEPAH-ın İraqdakı hərbi bazaya azı 35 zərbə endirdiyini yazsa da, Tramp İrandan İraqdakı hərbi bazalara iki raket atıldığını bildirib.

Tarix
2020.01.08 / 14:18
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla