Yuxarı

Abbas Abbasov dövrü bitir: diaspor güclənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas Abbasov dövrü bitir: diaspor güclənir

"Azərros"dakı fikir ayrılıqları Azərbaycan üçün ziyanlı proses deyil".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, hazırda Rusiyada Azərbaycan diasporunun yenidən qurulma prosesinin getdiyini bildirib:

"Azərbaycanın dünyada ən güclü diaspor təşkilatı Rusiyadadır. Hazırda onun yenidən qurulması, təşkilatlanması və indiyə qədər olan pərakəndə fəaliyyətinin vahid istiqamətə yönəldilməsi prosesi gedir. Bu proses bir çox şəxslər tərəfindən də dəstəklənir. Güman edirəm ki, parçalanma kimi təqdim edilən prosesdən Rusiyanın Azərbaycandakı diasporu daha qüvvətlənmiş vəziyyətdə çıxacaq. Onlar Rusiya Azərbaycanlıları Konqresi ətrafında birləşəcəklər. Abbas Abbasov isə kiçik bir qrupu öz nəzarəti altında saxlayacaq. O isə, ümumiyyətlə, heç bir təsir imkanlarına sahib olmayacaq. Diasporun əsas nümayəndələri əgər çəkici bir yerə vurmağı tələb edirlərsə, Abbas Abbasov da bu istiqamətə getməlidir. Əks təqdirdə o, müstəqil şəxs kimi hər şeydən kənarda qalmış olacaq".

Qeyd edək ki, son günlər "Azərros" ətrafında qalmaqal böyüyür. Təşkilat üzvləri Abbas Abbasova qarşı çıxaraq onun vəzifədən getməsini istəyirlər. Abbas Abbasovun tərəfdarları isə təşkilat daxilində parçalanmanın əsas günahkarının Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun olduğunu bildirirlər.

Tarix
2015.02.13 / 08:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Berns Kornla görüşdü

ABŞ-dan Vensin Bakı səfəri ilə bağlı məlumat

FHN-in nümayəndəsi SADMİAK-da iştirak etdi - Foto

Vensin Bakıya səfərinə Saakaşvilidən maraqlı reaksiya

45 azərbaycanlı Vensə açıq məktub ünvanladı

Tacikistan prezidenti İlham Əliyevi təbrik etdi

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi

Yeni baş nazirdən ilk açıqlama

Azərbaycan İranla sərhədi açır?

Əliyev Trampla bağlı bu faktı "ilk nümunə" adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla