Yuxarı

Davudoğlunun Qarabağ açıqlamasının pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun Qarabağ açıqlamasının pərdəarxası

"Ermənistan Azərbaycanın işğal etdiyi iki rayonu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədləri açmağa hazır idi. Ankaranın əsas yanaşması bundan ibarətdir".

Bu sözləri Axar.az-a politoloq Fərhad Mehdiyev Davudoğlunun Ermənistanla sərhədlərin açılması şərti ilə bağlı açıqlamasını şərh edərkən deyib. Politoloqun sözlərinə görə, əslində baş nazir dünənki çıxışında rayonların sayını göstərməyib:

"Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib. Bu, bir faktdır. Ancaq buna baxmayaraq, Türkiyə bütün torpaqlarımızın boşaldılmasını israr etmir. Türkiyə vaxtilə Azərbaycanın iki rayonu azad olunarsa, onda sərhədləri aça biləcəklərini açıqlamışdı. Ancaq baş nazir dünənki çıxışında əslində sözügedən məsələ ilə bağlı say göstərməyib. Ermənistan iki rayonun azad olunmasına razı olsaydı, Türkiyə sərhədləri dərhal açmağa hazır idi. Məsələ orasındadır ki, Ermənistan buna heç vaxt razılıq verməyəcək. Çünki ermənilərin işğal olunmuş ərazilərimizdən çıxması bu torpaqların Azərbaycana məxsusluğunu qəbul etmələri anlamına gəlir. Halbuki Ermənistan özəlliklə də daxili publikada torpaqlarımızı "azad olunmuş" ərazilər hesab edirlər. Biz bilirik ki, onlar hazırda bizə məxsus olan torpaqların coğrafi bölgüsünü dəyişərək erməni adları qoyaraq ərazilərimizi qaytarmaq niyyətləri yoxmuş kimi davranırlar. Dolayısı ilə bir neçə rayonun qaytarılması qətiyyən onların işinə yaramır".

F.Mehdiyev hesab edir ki, bu, əslində elə də pis variant deyil:

"Yəqin Azərbaycanla belə bir razılaşma əldə olunub ki, Türkiyə də şərti bu formada qoyub. Bu, əslində Azərbaycan üçün uduşlu variant olardı. Çünki ermənilər iki rayondan çıxmaqla bu torpaqların bizə məxusluğunu bir daha sübut etmiş olacaqlar. Əlbəttə ki, bu, digər rayonların azad olunmayacağı anlamına gəlmir".

Xatırladaq ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın Azərbaycanın işğal etdiyi bir rayonunu azad edəcəyi təqdirdə Türkiyənin sərhədləri açacağını bildirib.

Tarix
2015.02.14 / 09:11
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan

Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla