Yuxarı

Türkiyə KİV-i: Qafqazda ulduza çevrilən bir ölkəni izləyəcəyik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-da keçirilən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri Türkiyə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb və obyektiv təhlil olunub. Səsvermənin və ona bağlı olan davamlı proseslərə ümumi yanaşma belədir: Azərbaycan parlamentinə səsvermənin sabitlik şəraitində başa çatması və xalqın siyasi iradəsini azad şəkildə ifadə etməsini ehtiramla qarşılayırıq.

Axar.az xəbər verir ki, Milli Məclisin özünün buraxması barədə qərar qəbul etməsi, növbədənkənar seçkilərin vaxtının təyin olunması və seçkilərin xalq tərəfindən dəstəklənməsi ilə bağlı qardaş ölkə mətbuatında geniş yazılar, o cümlədən analitik məqalələr yayımlanıb. Anadolu və DHA xəbər agentlikləri, “Hürriyet”, “Yeni Şafak” və “Takvim” qəzetləri, “TRT HABER” və “A HBR”, “NTV” televiziya kanalları və digər nüfuzlu KİV-lər türkdilli əhalini Azərbaycanda keçirilən seçkilərlə bağlı davamlı məlumatlandırıblar. Məlumatlarda, eləcə də analitik məqalələrdə və reportajlarda Azərbaycan xalqının siyasi iradəsinin nəticələrinə ehtiram nümayiş olunub.

TRT-nin “Türkiyənin Səsi” radiosunun rəsmi saytında yer alan “Ekspertlər Azərbaycanda seçki prosesinin vəziyyətini qiymətləndirirlər” sərlövhəli analitik məqalədə bütün seçki prosesinin demokratik prinsiplər əsasında şəffaf şəkildə davam etdiyi əsaslandırılıb. Qeyd olunub ki, namizədlərin qeydə alınmasında bərabərhüquqlu davranış sərgilənib, kütləvi informasiya vasitələrinin prosesi işıqlandırması üçün lazımi şərait yaradılıb. Namizədlər üçün sağlam təbliğat və təşviqat mühiti yaradılıb və seçkilərdə çoxistiqamətli müşahidəçi missiyasının iştirakı təmin edilib. Bütün bu məqamlar oxuculara ekspert rəyləri və faktlar əsasında çatdırılıb.

Türkiyənin Anadolu Agentliyinin hazırladığı infoqrafikada türkdilli oxuculara Azərbaycanda seçicilərin və namizədlərin sayı, mandat uğrunda mübarizə aparanların siyasi mənsubiyyəti, eləcə də səsvermə prosesinin çoxsaylı yerli və beynəlxalq müşahidəçi tərəfindən izləniləcəyi və s. barədə türkdilli oxuculara geniş məlumat verilib. Agentlik səsvermə prosesini və nəticələri operativ qaydada işıqlandırıb. Ölkə mətbuatı Anadolu Agentliyinin Azərbaycanla bağlı seçki xəbərlərini geniş işıqlandırıb.

“Ülke TV”nin əsas yayım rəhbəri Hasan Öztürk Azərbaycandakı parlament seçkilərinin nəticələrinə dair xüsusi proqram hazırlayıb. “Əliyevin partiyası seçkilərdən zəfərlə çıxdı” başlığı ilə təqdim olunan buraxılışda xalqın yenidən Yeni Azərbaycan Partiyasına etimad göstərməsinin səbəbləri təhlil edilib. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan aparıcı tamaşaçıların diqqətinə çatdırıb ki, Türkiyənin seçkilərə bu qədər maraq göstərməsi təsadüfi deyil. Çünki hər kəs canımız Azərbaycanda vəziyyətin yaxşı olmasını arzu edir. Ötən il Azərbaycanda başlanan əsaslı islahatlar da bu yaxşıya doğru yolun bir hissəsidir.

“Takvim” qəzetinin köşə yazarı Ekrem Kızıltaşın “İslahatlar yeganə yoldur” sərlövhəli analitik məqaləsində olduqca maraqlı faktlar və dəqiq əsaslandırılmış məqamlar oxuculara təqdim olunub. Müəllif yazının “Dövlətlə millətin vəhdəti” altsərlövhəsində ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən sosial-iqtisadi siyasətin real nəticələrindən bəhs edərək fevralın 9-dakı seçki zəfərinin əsas səbəbini xalqın hakimiyyətə etimadı olduğunu ifadə edib. Müəllif yazıb: “Səsvermənin nəticələrinin azərbaycanlılar üçün xeyirli olmasını arzu edərkən, əlbəttə ki, türkiyəli iş adamlarının bu ölkə ilə əlaqələri məsələsində daha fəal olmalarını qeyd etməkdə fayda var”.

Seçki prosesində Azərbaycanda olduğunu oxucuların diqqətinə çatdıran “Aksam” qəzetinin köşə yazarı Emin Pazarcı yazır: “Son vaxtlar Azərbaycanda mühüm hadisələr baş verdi... İqtisadiyyat şəffaflaşdı, bir ildə vergi gəlirləri 700 milyon dollardan çox artdı. Qanunsuz fəaliyyətə qarşı mübarizə gücləndi. Xalq rahatladı. 3,5 milyard dollar məbləğində sosial yardım xalqın vəziyyətini yaxşılaşdırdı. Minimum əməkhaqqı iki dəfə artırıldı”.

“Yeni Şafak” qəzeti seçkilərlə bağlı yazını “Acılar, matəmlər üzərindən yüksələn, ulduzlasan ölkə...” sərlövhəsi altında təqdim edib. Tanınmış publisist İbrahim Karagülün qələmə aldığı məqalə Azərbaycanın coğrafi quruluşu, Xəzərin sahillərinin füsunkar gözəlliyini qeyd etməklə başlayır. Müəllif yazır: “Prezident Əliyev ölkədə milli həmrəylik yaradır. Bu da Azərbaycanı gələcəyə daha güclü ölkə kimi hazırlamaq məqsədi daşıyır”.

Apardığımız KİV araşdırmasını köşə yazarı İbrahim Karagülün sözügedən yazısının sonunda yer alan ifadələrlə bitirmək istərdim: “Azərbaycan, dövlət olaraq ən güclü çağını yaşayır. Görünən odur ki, yaxın gələcəkdə həsəd aparılacaq bir gücə çevriləcək. Parlament seçkilərindən başqa yenilənməyə, dəyişməyə və həmrəylik axtarışına şahid oluruq. Qafqazda, Xəzər sahilində ulduza çevrilən bir ölkəni izləyəcəyik və qürur duyacağıq”.

Tarix
2020.02.12 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla