Yuxarı

Dili topuq çalan Paşinyana Əliyev doğru dedi... - Aşotyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dili topuq çalan Paşinyana Əliyev doğru dedi... - Aşotyan

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz Feysbuk səhifəsində yazıb: “Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”

Axar.az xəbər verir ki, Aşotyan belə emosional, lakin həqiqətdən heç də uzaq olmayan yazını Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa etdiyinə görə yazıb.

O yazır: “Deməli, Nikol Paşinyanın Feysbuk səhifəsində Merkel ilə Paşinyan arasında dünənki görüşün erməni dilinə tərcümədə yayımlanan videoyazısına baxıram. Sonra Almaniya kanslerinin rəsmi səhifəsinə daxil oluram və görüşün videoyazısını tərcüməsiz dinləyirəm və nə aydın olur? Angela Merkel öz çıxışında Ermənistanda məhkəmə-hüquq islahatları kontekstində Venesiya Komissiyasını xatırladır, halbuki erməni dilinə tərcümədə bu barədə bir kəlmə də yoxdur. Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilmiş press-relizdə də bu hissə yoxdur. Videoya baxın və əmin olun: 00:45-00:50”.

Ermənistanın “Antifeyk” nəşri yazır ki, bu, rəsmi çıxışların və bəyanatların Ermənistan Baş nazirinin Aparatı tərəfindən təhrif olunduğu ilk hadisə deyil.

Yazıda deyilir: “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi hələ 2019-cu ilin dekabrında xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyanın nitqinin erməni dilinə tərcüməsinə çox böyük əhəmiyyət kəsb edən, lakin nazirin ingilis dilində nitqinin ilkin mətnində olmayan cümlə və frazaları əlavə edib (Bax)..

Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha “çar Tiqran dövrü“ barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi “iki millət” – “ermənilər”... və Azərbaycan Prezidentinin dili topuq çalan “tarixçi” Paşinyana lap yerində verdiyi ipucuya əsasən, “elə yenə də ermənilər” olub.

Heç nəyə təəccüblənmək lazım deyil. Acınacaqlı indi kompleksindən əziyyət çəkən bir xalqın əslində heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur, yəni bax bu keçmişi uydurmaq lazımdır. Bax onda köməyə Baş nazirin Aparatında çalışan əməkdaşların üslubunda məharətlə və açıq şəkildə "Made in Armenia" leyblı ilə saxlatalaşdırılmış özgə hökmdarlar, özgəsinin irsi, özgəsinin mədəniyyəti və özgəsinin tarixi gəlir.

Tarix
2020.02.17 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla