Yuxarı

“Erməni soyqırımı” günlərində Xocalı mərasimləri – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni soyqırımı” günlərində Xocalı mərasimləri – Foto

Ötən gün İstanbulda Qarabağa azadlıq və Xocalı soyqırımını törətmiş cinayətkarların cəzalandırılması tələbiylə möhtəşəm yürüş keçirilib.

VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hər il fevral ayında Xocalı soyqırımınn anılması, terroru rəsmi dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçılıgına son qoyulması tələbi ilə yürüşlərin, mitinqlərin, yığıncaqların keçirilməsi Türkiyədə artıq ənənəyə çevrilib. Unuversitetlərin, qeyri-hökumət təşkilatlarının, çeşidli mərkəz və qurumların "Xocalıya ədalət" çağırışıyla keçirdiyi simpozium və konfranslara on minlərlə insan qatılır. Ermənilər uydurma "erməni soyqırımı"nın 100 illiyini dünyanın hər yerində qeyd etməyə hazırlaşdıqları bir ərəfədə Xocalı soyqırımı ilə bağlı tədbirlər həm Azərbaycan, həm Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.

Kadıköy bələdiyyə evindən başlayan yürüş şəhərin mərkəzi küçələrindən keçməklə Kadıköy meydanında mitinqlə başa çatıb. Turan Hərəkatı Platforması, Ülküçü Gənclər Təşkilatları, sivil toplum örgütləri, tələbələr tərəfindən düzənlənmiş yürüşə Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da qatılıb.

XX əsrin ilk illərindən başlamış Xocalıya qədər davam edən soyqırımları və ümumən Azərbaycan həqiqətlərindən danışan millət vəkili sözdə "erməni soyqırımı" və Qarabağ probleminin eyni zəncirin həlqələri olduğunu vurğulayaraq bundan sonra "bir millət iki dövlət" təbiri ilə tarixə düşmüş Azərbaycan və Türkiyənin dövlət olaraq bu məsələlərdə birgə səylərinin və ardıcıl əməkdaşlığının zəruriliyinin qaçılmaz olduğunu qeyd edib.

Qarşıdakı günlərdə Sabir Rüstəmxanlı Azərbaycanın İstanbul baş konsulluğunda Xocalı soyqırımı ilə bağlı planlaşdırdığı tədbirlərdə, eləcə də İstanbul, Aydın, Yalova, Muğla universitetlərində keçiriləcək Xocalı konfranslarında iştirak edəcək.

Tarix
2015.02.23 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla