Yuxarı

Gömrükdə əməliyyat müşavirəsi: Sədrdən tapşırıq…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də Dövlət Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib.

Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə Komitə sədrinin müavinləri, baş idarə və idarə rəisləri iştirak edib.

Müşavirədə Prezident İlham Əliyev tərəfindən gömrük orqanlarının qarşısında qoyulan tapşırıqlar-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük-keçid məntəqələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulması və digər məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2019-cu ildə gömrük işinin müasir standartlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac, tranzit və logistika imkanlarının artırılması sahəsində gömrük orqanları tərəfindən görülən işlərdən, fiskal sahədə və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə atılan addımlardan bəhs edib və bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin effektivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Səfər Mehdiyev 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.

O da vurğulanıb ki, cari ildə yeni gömrük postlarının tikilib istifadəyə verilməsi və mövcud gömrük postlarının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur ki, bu da xidmət səviyyəsinin yüksəldilməsinə münbit şərait yaradacaq. Komitə sədri son vaxtlar Çin Xalq Respublikasında yayılan və dünyanın bir neçə ölkəsində müşahidə olunan koronavirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib və bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib.

Eyni zamanda, müşavirədə aidiyyəti qurumların rəhbərləri müzakirə olunan məsələlər ətrafında təklif və rəylərini bildiriblər.

Tarix
2020.02.17 / 22:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla