Yuxarı

Münhen debatı İrəvanın acizliyini göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də ilk dəfə olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın Baş naziri Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq şəkildə panel müzakirəsi keçirildi.

Axar.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev Qarabağın tarixi ilə bağlı əsaslı faktlara istinadən çıxışı, haqlı mövqeyi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiyiyyəti, siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə bu panel müzakirələrinə fokuslaşan dünya siyasətçilərini, mətbu orqanlarının diqqətini bir daha Dağlıq Qarabağ probleminə cəlb etməyi bacardı.

“Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri ilə bağlı materiallar dərc etdi, Ermənistanın baş nazirinin çox gülünc vəziyyətə düşdüyündən yazdı. Tutarlı cavabları ilə işğalçı ölkənin baş nazirini susduran Prezident İlham Əliyevin bütün dünyanın gözü qarşısında qətiyyətli mövqeyi və duruşu hər bir Vətənini, el-obasının sevən azərbaycanlını qürurlandırdı. Prezident İlham Əliyev dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək sübut etdi ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpağıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. Dünya bir daha əmin oldu ki, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırım törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər, mədəni irsimizi məhv ediblər. Paşinyanın ittihamlara məntiqsiz, cəfəngiyatla, yalanla dolu çavabları dünya ictimaiyyətinin gözündən qaçmadı. Ermənistanın hökumət başçısının tarixdən xəbəri olmaması, Xocalı soyqırımında mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə Azərbaycanı günahlandırmağa çalışması Paşinyanı gülünc vəziyyətə saldı. Prezident İlham Əliyevin Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu düzgün şəkildə ortaya qoyması Azərbaycanın haqlı olduğunun nümayişi oldu. Hər iki ölkə rəhbərlərinin debatı Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin də, dünyagörüşünün də Paşinyandan qat-qat üstün olduğunu göstərdi”, - Həmzəyev deyib.

O bildirib ki, bu müzakirələr Ermənistanın daxilində və xaricində Paşinyanın sərt tənqid olunmasına səbəb oldu, işğalçı ölkədə ictimai-siyasi gərginliyi daha da dərinləşdirdi:

“Bu debat həmçinin ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. Münhen debatı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu”.

Tarix
2020.02.18 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla