Yuxarı

Prezident İtaliyada iqtisadi hədəflərini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharında çıxışı zamanı bildirib.

"Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur", - İ.Əliyev qeyd edib.

Tarix
2020.02.21 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla