Yuxarı

İlham Əliyevin çıxışı İtaliya mediasının gündəmində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin çıxışı İtaliya mediasının gündəmində

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, fevralın 21-də keçirilmiş İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş işıqlandırılıb. Məqalələrdə qeyd olunur ki, İtaliya tərəfi bu forumdan böyük nəticələr gözləyir. Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Azərbaycanın kənd təsərrüfatı, infrastruktur, turizm, tekstil, şərabçılıq, nəqliyyat və digər sahələrinə yatırılan italyan sərmayələri artacaq.

Hazırda 100-dən çox italyan şirkəti Azərbaycanla əməkdaşlıq edir. İtaliya tərəfdən biznes foruma rəhbərlik edən Xarici İşlər naziri Luiji Di Mayo vurğulayıb ki, bu görüş siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi yolunda atılan növbəti addımdır. Biznes forumda iştirak edən italyan şirkətləri nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına dəstək verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı İtaliya mətbuatında geniş şərh olunub. Dövlət başçısı çıxışında əsas vəzifənin ticarət əlaqələrinin şaxələndirilməsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məhz belə imkanlar yaradacaq. Habelə TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər.

Tarix
2020.02.22 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla