"Rusiya, sözsüz ki, Ermənistana gedəcək etibarlı yerüstü
yola sahib olmaq istəyir".
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori
Trofimçuk çıxış edib.
O, Rusiyaya Ermənistanla onu birləşdirəcək yerüstü heç bir yola
imkan verilməyəcəyini deyib:
"Ermənistana gedən yol Ukrayna müharibəsinin olduğu şəraitdə
daha çox strateji xarakter daşıyır. Rusiya bununla da tədricən
mövqeyini genişləndirməklə bərabər Qafqaza təsirini artırır. Amma
hazırkı şəraitdə Moskvaya heç kim bu tip obyektlərə, daha dəqiq
desək, Abxaziyadan keçən dəmiryolunun tikintisinə imkan verməyəcək.
Xatırladım ki, Gürcüstan bu barədə öz təkliflərini prezident
seçkisindən dərhal sonra Rusiyaya vermişdi. Amma həmin vədə
beynəlxalq düzən tam şəkildə dəyişməmişdi. İndi çox qüvvələr
Ermənistanı Rusiyadan maksimal şəkildə uzaq salmaq üçün çalışacaq.
Buraya hava yolu ilə əlaqə də aid edilə bilər. Bu məsələyə həmçinin
Ermənistana gedən Rusiya qazının da kəsilməsi daxildir. Moskva
Abxaziyadan keçərək Rusiyanı Ermənistanla birləşdirəcək dəmiryol
layihəsinin reallaşdırılması üçün Gürcüstan rəhbərliyinə öz adamını
gətirməyəcək. Bir müddət öncə parlament seçkilərində qələbə qazanan
İvanişvilinin də Moskvanın adamı olduğu deyilirdi. Amma sonradan
əməldə göründü ki, bunlar sadəcə şayiələrdir. Belə Rusiya-Gürcüstan
münasibətləri Saakaşvilinin gedişindən sonra da düzəlməyib. ABŞ
Rusiyaya Gürcüstanla münasibətləri lazımi səviyyədə düzəltməyə
imkan vermir. Tiflis hazırda Qərb üçün Qafqazda əsas partnyordur.
Azərbaycan belə burada Vaşinqton üçün Gürcüstan kimi etibarlı
tərəfdaş hesab edilmir. Ona görə də Rusiya Gürcüstan ərazisində onu
Ermənistanla birləşdirəcək heç bir şey qura bilməyəcək. Əgər Tiflis
Moskva ilə əlaqələrini tam şəkildə yaxşılaşdırmaq haqqında qərar
verib irəli addım atsa, o zaman bu, Cənubi Qafqaza müharibə
gətirəcək. Belə ki, ABŞ Gürcüstan-Rusiya münasibətlərinin
yaxşılaşmasına imkan verməyəcək. Bütün bunlara görə Rusiyanın
Ermənistana yol çəkməsi ilə bağlı planların heç birindən
Azərbaycanın qorxmasına ehtiyac yoxdur. Əgər Ermənistanda gələcəkdə
hakimiyyətə gələcək şəxs Qərbə tərəf istiqamətlənsə, burada çox şey
dəyişə bilər".