Yuxarı

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şövkət Mirziyayevin xüsusi rolunu qeyd edib.

Axar.az xəbər verir ki, İlham Əliyev bunu Şövkət Mirziyayevlə birgə mətbuata bəyanatında bildirib.

"Bir daha Prezident Şövkət Mirziyayevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: 960 şagird yerlik məktəbin tikintisi, ilk iri sənaye müəssisəsi olan tikiş istehsalına investisiya – bunların hamısı yenə Özbəkistanla bağlıdır. Qarabağ regionunda və bir çox digər bölgələrdə qarşılıqlı fəaliyyət üzrə gələcək planlarımız da var", – dövlət başçısı bildirib.

Azərbaycan liderinin sözlərinə görə, bu gün açılışı və ya təməlqoyma mərasimi keçirilən layihələr arasında yalnız Bakı və Daşkənddə deyil, digər regionlarda həyata keçirilən təşəbbüslərin də təmsil olunması diqqətəlayiqdir.

"Dünən keçirilmiş regionlararası əməkdaşlıq forumu da böyük praktiki maraq doğurur. Deməli, biz səylərimizi birləşdirir, hazırda deyildiyi kimi, sinerji yaradırıq. İrəliləmək üçün konkret tədbirlər planımız var və hər bir layihə konkret məzmunla təmin olunub", – İlham Əliyev vurğulayıb.

Tarix
2026.08.23 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla