Yuxarı

İlham Əliyev Tokayevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Tokayevi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə ölkənin yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubu təqdim edir:

"Hörmətli Qasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə Sizə və qardaş xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcının rəmzi olan bu mühüm hadisənin ölkənizin hərtərəfli inkişafına, həyata keçirdiyiniz genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin gerçəkləşdirilməsinə xidmət edəcəyinə əminliyimi bildirirəm. Qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

Ortaq köklər, milli-mənəvi dəyərlər və qardaşlıq telləri ilə sıx bağlı olduğumuz Qazaxıstanla əlaqələrimizin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Sizinlə apardığımız fəal və səmərəli siyasi dialoq Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə və yeni məzmun kəsb etməsinə təkan vermişdir.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və dərinləşməyə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Tarix
2026.08.23 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla