Yuxarı

Ziyafət Əsgərov: “Xalqın da bir səbr kasası var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziyafət Əsgərov: “Xalqın da bir səbr kasası var”

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçü Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin onların heç biri bu vaxta kimi işğalçı Ermənistana təzyiq göstərməyib".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, ABŞ və Avropa Ukraynadakı separatçılara sanksiylar tətbiq etdi:

"Lakin Dağlıq Qarabağdakı erməni separatçılara belə sanksiyalar tətbiq olunmadı, əksinə ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara yardım göstərdi, o yardımlar da silahlanmaya yönəldilir. Biz istəyirik ki, dünya bunu bilsin. Bu ikili standartlar aradan götürülsün. Azərbaycan xalqının haqq səsi eşidilsin. Çünki bu cinayətə - azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına qiymət verilməsə, bu cinayətlər gələcəkdə daha da arta bilər".

Birinci vitse-spiker əlavə edib: "Məsələ bundadır ki, Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşüb, danışıqlar aparıblar. Biz deyirik ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını azad edin. Ermənistan isə azad etmir. Belə olan halda işə vasitəçilər qoşulur. Amma vasitəçilər də hər iki tərəfə "bu məsələni özünüz həll edin" deyirlər. Deyirlər "siz oturun razılığa gəlin, biz də sozə kömək edək". Əgər biz razılığa gələ bilmiriksə, onda vasitəçilər niyə lazımdır?! Əgər bu vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Ermənistana təzyiq göstərməlidirlər. Onların işi bundan ibarətdir. Amma bura turist səfərləri kimi gəlib-gedirlər, nəticə də yoxdur. Problem bundadır".

Z.Əsgərov xatırladıb ki, Azərbaycan və Prezident İlham Əliyev həmişə bəyan edib ki, biz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq: "Amma Azərbaycan xalqının da bir səbr kasası var. Azərbaycanın çox güclü ordusu var, əgər biz bir daha görsək ki, bu problemin həllində maraqlı deyillər, belə olan halda biz bundan sonra Ermənistanın şıltaqlığına dözə bilmərik. Ən azı indi önündə dayandığımız bu "Ana fəryadı" abidəsi bizi bağışlamaz".

Tarix
2015.02.26 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla