Yuxarı

“Nurgün”ün vitse-prezidentinin qəfil ölümü araşdırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nurgün”ün vitse-prezidentinin qəfil ölümü araşdırılır

Salyan Rayon Prokurorluğunda "Nurgün" Holdinqin vitse-prezidenti Müşfiq Səfiyevin ölümü ilə bağlı araşdırma başlayıb.

Bu barədə Axar.az Salyan Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluğun mətbuat xidmətindən isə araşdırma ilə bağlı hələlik açıqlama verə bilməyəcəklərini bildiriblər:

"Araşdırma aparılır. Araşdırma yekunlaşandan sonra məlumat veriləcək. Mərhum yüksək qan təzyiqindən əziyyət çəkib. Ölən zaman da yanında istifadə etdiyi dərmanlar olub".

"Nurgün" Holdinqdən isə rəhbərliyin hələlik məsələ ilə bağlı heç bir açıqlama yaymadığını və başlarının yas mərasiminə qarışdığı bildirdilər.

Məlumata görə, mərhumun yas mərasimi sabah saat 2-də Cümə məscidində olacaq.

Qeyd edək ki, "Nurgün" şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.

Mərhumun cəsədinin ətrafında istifadə etdiyi dərmanlar səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

Tarix
2015.02.26 / 17:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla