Yuxarı

Bu proses birbaşa İlham Əliyevin nəzarəti altındadır - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu proses birbaşa İlham Əliyevin nəzarəti altındadır - XİN

Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır.

Yaranmış vəziyyətdə ölkəmizin quru və hava yollarının bağlanması və uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar, Azərbaycanın xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının Azərbaycana gətirilməsi üçün xüsusi çarter reysləri təşkil olunmaqdadır. 10.000-ə yaxın vətəndaşımızın AZAL-ın xüsusi çarter reysləri və digər nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Ölkəyə xaricidən gələn bütün vətəndaşlar müayinədən keçirilir və dövlət hesabına 14-21 gün ərzində karantin rejimində saxlanılır.

Azərbaycan vətəndaşlarının sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib və bu xüsusda çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Mövcud durumda vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, xaricdə olan vətəndaşlarımızdan hazırda olduqları ölkələrdə karantin qaydalarına riayət etmələrini israrla xahiş edirik. Azərbaycana geri dönən hər bir vətəndaşımızın karantin rejiminə götürülməsi üçün xüsusi rejimli xəstəxanalar, karantin yerləri hazırlanır, müvafiq logistika təminatı həyata keçirilir. Bunun üçün isə müvafiq imkanların səfərbər edilməsi ilə yanaşı, zaman da tələb olunur. Bu səbəbdən vətəndaşlarımızdan təmkinli davranmalarını, mümkün olduğu qədər hazırda olduqları ölkələrdə özünütəcrid qaydalarına əməl etmələrini tövsiyə edirik. Mövcud vəziyyətdə əsassız yerə təşvişin yaradılması, bəzi hallarda təxliyədən sui-istifadə halları, dövlətin gördüyü işlərə qarayaxma cəhdləri bəzi şəxslərin məsuliyyətsiz davranışını nümayiş etdirir.

Vətəndaşlarımızın, onların yaxınlarının, eləcə də Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi naminə hər birimizi xarici səfərləri, o cümlədən geriyə dönüş səfərlərini mümkün qədər məhdudlaşdırmağa, olduğumuz yerlərdə özünütəcrid qaydalarına əməl etməyə və təmkinli davranmağa çağırırıq. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik.

Tarix
2020.03.23 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri... - Video

Azərbaycanlıların gəlməsində heç bir problemi yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla