Yuxarı

Zəncəfilin qiymətinin qaldırılmasına - Rəsmi reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəncəfilin qiymətinin qaldırılmasına - Rəsmi reaksiya

Koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi yaranandan sonra sarımsaq, zəncəfil, istiot və bəzi digər məhsullara tələbat artıb. Bu məhsullara tələbatın artması qiymətlərin də artması ilə müşahidə olunur və son zamanlar sosial şəbəkələrdə bu barədə geniş müzakirələr aparılır, xüsusilə də zəncəfilin qiymətinin dəfələrlə qalxdığına aid paylaşımlar edilir.

Axar.az-ın Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumatına görə, zəncəfilin qiymət artımı ilə bağlı aparılmış araşdırmalar göstərir ki, zəncəfilin Azərbaycana idxalı ilə 100-dən çox hüquqi və fiziki şəxs məşğul olur.

Onlardan daha çox məhsul idxal etmiş 10 vergi ödəyicisinin materiallarının təhlili nəticəsində müəyyən edilib ki, bu məhsulun ölkəyə idxalı zamanı qiymət artımı qeydə alınmayıb.

Ötən il ölkəyə 344 ton zəncəfil idxal olunub və məhsulun kiloqramının orta qiyməti 3 manata yaxın olub. Bu ilin ilk 3 ayında isə ölkəyə 58 ton zəncəfil idxal olunub və məhsulun kiloqramının orta qiyməti 2,88 manat təşkil edib. Ötən il ölkəyə idxal olunan zəncəfilin ümumi dəyəri 1.039 min manat, cari ildə isə 170 min manat olub.

Ölkə daxilində təqdim edilmiş elektron qaimələr üzrə aparılmış araşdırmaların nəticələri də zəncəfilin topdan satış qiymətində ciddi artımın olmadığını göstərir. Mövcud sənədlərə əsasən, zəncəfilin topdansatış qiymətinin 1 kiloqramı 3-6 manat civarında dəyişir. Bununla yanaşı, pərakəndə satış obyektərində aparılan monitorinqlərə əsasən, zəncəfilin kiloqramı şəbəkə marketlərində ilin əvvəllərində 9-14 manat, satış nöqtələrində isə 23-25 manata satılıb. Bəzən isə bu qiymətlər mətbuatda göstərildiyi kimi, daha yüksək olur.

Tarix
2020.04.01 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla