Yuxarı

Millət vəkili: “Şou-biznes verilişləri bağlansın"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Şou-biznes verilişləri bağlansın"

"Azərbaycanın hansı telekanalını açırsan, ancaq çal-çağır, şou-biznesdir. Biri deyir ər axtarıram, biri deyir onu axtarıram, biri deyir bunu axtarıram. Bir də görürsən ki, 70 yaşlı bir kişi gündə ən azı 28 dənə sms göndərir. Hesab edirəm ki, bunlar yığışdırılmalıdır, bu cür verilişlərin sayı, vaxtı xeyli azaldılmalıdır".

Trend-in məlumatına görə, bu fikri Milli Məclisin üzvü Rüfət Quliyev parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında" qanunun müzakirəsi zamanı səsləndirib.

R.Quliyev qeyd edib ki, bu gün telekanallarda bu cür verilişlərdənsə, vətənpərvərlik, maarifləndirmə istiqamətində verilişlərə, proqramlara daha geniş yer ayrılmalıdır.

Millət vəkili hesab edir ki, Azərbaycanda sahibkarlarla, fermerlərlə bağlı verilişlərə ehtiyac var: "Çünki bu gün Azərbaycanda açıq, şəffaf sahibkarlıq mühiti var və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların insanlarla ünsiyyətinin yaxşılaşdırılması, yaxınlaşdırılması lazımdır. Bu baxımdan, telekanallarda "Sahibkarlıq saatı" adlı veriliş yayımlanmalıdır, həmçinin "Kənd saatı" verilişinin vaxtı artırılmalı, insanların diqqəti yenidən kənd təsərrüfatına cəlb olunmalıdır".

Tarix
2015.03.10 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla