Yuxarı

İlham Əliyev 5 sərəncam, 2 fərman verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 5 sərəncam, 2 fərman verdi

19:12

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

***

Prezident İlham Əliyev H.A.Mirzəyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə "Əməkdar hüquqşünas" fəxri adı verilsin".

***

İlham Əliyev Ş.İ.Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilsin".

***

İlham Əliyev C.Q.Qurbanova "Əməkdar artist" fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qafar oğlu Qurbanova "Əməkdar artist" fəxri adı verilsin".

***

İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:

"Vətən uğrunda" medalı ilə:

Ağayev Məzahir Telman oğlu – polkovnik

Hüseynov Nəsir Cavanşir oğlu – polkovnik

"İgidliyə görə" medalı ilə:

Bayramov Səxavət Allahverdi oğlu – əsgər (ölümündən sonra)

"Hərbi xidmətlərə görə" medalı ilə:

Dəmirov Rüstəm Nadir oğlu – polkovnik

İsmayılov Rasim Cəmil oğlu – polkovnik

Nəzərov Zahid Qulam oğlu – polkovnik

Ağayev Soltan Məmmədşah oğlu – polkovnik-leytenant

Baxşıyev Fərhad Tofiq oğlu – polkovnik-leytenant

Balayev Malik Beriya oğlu – tibb xidməti polkovnik-leytenantı

Cəfərov Asəf Gündüz oğlu – polkovnik-leytenant

Cəfərov İqbal Qiyas oğlu – polkovnik-leytenant

Heydərov Şəmsəddin Səftər oğlu – tibb xidməti polkovnik-leytenantı

Hüseynov Elbrus Feyzulla oğlu – polkovnik-leytenant

Mahmudov Elman Cahandar oğlu – polkovnik-leytenant

Məmmədov Akif İsmayıl oğlu – polkovnik-leytenant

Nağıyev Aydın Şahin oğlu – polkovnik-leytenant

Rüstəmov Faiq Səməndər oğlu – polkovnik-leytenant

Söhrabi Araz Abdulla oğlu – polkovnik-leytenant

Hüseynov Azər Təvəkkül oğlu – mayor

Mamedov Rəşadət Səfəralı oğlu – mayor

Məmmədov Elşən Tağı oğlu – mayor

Rəhimov Zeynal Əmirxan oğlu – mayor

Məstəliyev Nəsimi Aydın oğlu – kapitan

Quliyev Natiq Vəli oğlu – baş gizir

Qafurov Rüstəm Kasimoviç – gizir.

19:45

Prezident İlham Əliyev həmçinin iki fərman imzalayıb:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

***

"Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Tarix
2015.03.11 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla